ABŞ-da Çin konsulluğu atəşə tutuldu

ABŞ-da Çin konsulluğu atəşə tutuldu
  02 Avqust 2017    Oxunub:1398
Çinin ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binası atəşə tutulub.AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, təxminən 60 yaşlı Asiya mənşəli şəxs konsulluq binasına 17 dəfə atəş açıb.
Atəş açan şəxsin daha sonra avtomobilinin yanında intihar etdiyi bildirilir. Hadisə zamanı konsulluq bağlı olub və heç kim zərər dəyməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Çin   ABŞ  





Xəbər lenti