Roqozin bu ölkədə persona non qrata elan olundu

Roqozin bu ölkədə persona non qrata elan olundu
  02 Avqust 2017    Oxunub:1298
Moldova hökuməti bu gün keçirilən iclas zamanı Rusiya baş nazirinin müavini Dmitri Roqozinin persona non qrata olunması barədə qərar qəbul edib. Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.
“Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Moldovada persona non qrata edilməsini və onun bizim ölkəmizin ərazisinə girişinin qadağan edilməsini təklif edirəm”, - deyə Moldova XİN rəhbəri Andrey Qalbur bildirib.

Moldova Nazirlər Kabinetinin böyük əksəriyyəti qərarı dəstəkləyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Moldova   Roqozin  





Xəbər lenti