“Facebook”da videorabitə funksiyası olacaq

“Facebook”da videorabitə funksiyası olacaq
  02 Avqust 2017    Oxunub:1729
“Facebook” sosial şəbəkəsi videoəlaqəni təmin etmək üçün xüsusi qurğu hazırlayır.
AzVision.az xəbər verir ki, "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək qurğu 13-15 düym diaqonallı böyük sensor ekran, enlibucaqlı "ağıllı" kameralar, süni intellektə malik mikrofon və dinamiklə təchiz edilib. Hazırda ev istifadəsi üçün nəzərdə tutulan qurğu prototipinin sınaqları keçirilir.

Qurğunun hazırlanması prototip mərhələsində olsa da, artıq yeni texnologiya test rejimində istifadə olunur.

Qeyd edək ki, yeni məhsul kateqoriyasına aid aparatın 2018-ci ilin yazında "F8" proqram tərtibatçıları konfransından sonra təqdim ediləcəyi gözlənilir.

AzVision.az


Teqlər: Facebook  





Xəbər lenti