Mikayıl Cabbarov başsağlığı verdi

Mikayıl Cabbarov başsağlığı verdi
  09 Sentyabr 2013    Oxunub:1176
Təhsil Nazirliyi Əlövsət Osmanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
AzVision.az-a bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Başsağlığında deyilir:

Tanınmış təhsil mütəxəssisi Əlövsət Cəlal oğlu Osmanlı vəfat edib.

Təhsil Nazirliyi Əlövsət Osmanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitinin müəllifidir.

Əlövsət Osmanlının həyatının mühüm bir hissəsi təhsillə bağlı olub və bu sahədə mövcud olan problemlərlə əlaqədar geniş araşdırma işləri aparıb. Azərbaycanda milli təhsil quruculuğu yönündə həyata keçirilən islahatlara dair özünəməxsus baxışları olan Ə.Osmanlı hər zaman mütərəqqi yeniliklərin tərəfdarı kimi tanınıb.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:  





Xəbər lenti