Trampın sanksiya qərarına Rusiya cavab verdi

Trampın sanksiya qərarına Rusiya cavab verdi
  03 Avqust 2017    Oxunub:1225
"ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı imzaladığı sanksiyalara dair qanun de-fakto heç nəyi dəyişmir".
"RİA Novosti"-nin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Rusiya rəsmisi hesab edir ki, bu, yenilik deyil, artıq cavab tədbirləri görülüb.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

AzVision.az


Teqlər: ABŞ   Rusiya   Peskov   Sanksiya  





Xəbər lenti