Ermənilər Türkiyəyə qarşı aksiya keçirdilər

Ermənilər Türkiyəyə qarşı aksiya keçirdilər
  09 Sentyabr 2013    Oxunub:1106
Erməni gəncləri birliyi Buenos Ayresdə Türkiyənin baş naziri Rəcəb tayyip Ərdoğana qarşı etiraz aksiyası keçiriblər.

500 nəfərdən ibarət qrup Olimpiya 2020-nin paytaxtı seçkilərinin keçirildiyi Hilton otelinin qarşısına toplaşıb.

Əllərində Ərdoğanın üzərində “dünən genosid törədənlər, bu gün danırlar”, türk dövləti soyqırım törədib “ şüarları yazılmış şəkillərini, Qrant Dinkin, “Gəzi” aksiyası fəallarının portretlərini daşıyan ermənilər Türkiyəyə qarşı eturaz şuarları səsləndiriblər.

Yağış altında davam edən aksiya zamanı ermənilər Türkiyənin olimpiadanın keçirilməsi üçün “təhlükəli bir yer olduğuna” diqqət çəkməyə çalışıblar.

Qeyd edək ki, Olimpiya 2020-nin paytaxtı Tokio seçilib.
S. Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti