Ruhaninin prezidentliyi məsciddə təsdiqləndi

Ruhaninin prezidentliyi məsciddə təsdiqləndi
  03 Avqust 2017    Oxunub:1221
İranın ali dini lideri Əli Xameneyi Həsən Ruhanini İran prezidenti postuna rəsmi şəkildə təsdiq edib.

AzVision.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Məlumata əsasən təntənəli mərasim İmam Xomeyni məscidində keçirilib. Mərasimdə ali orqanların nümayəndələri, parlamentin deputatları, yüksək rütbəli hərbçilər iştirak ediblər.

İran Konstitusiyasına əsasən məhz bu gündən Ruhaninin dörd illik prezidentlik müddəti başlayır.

Qeyd edək ki, avqustun 5-də Ruhani Məclisin binasında and içəcək və bununla da inauqurasiya prosesi başa çatacaq. Mərasimdə 100-dən çox xarici nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. Bu isə İranda belə bir tədbir üçün rekord göstəricidir.

Qeyd edək ki, mayın 19-da İranda keçirilən prezident seçkilərində Həsən Ruhani yenidən prezident seçilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran   Ruhani  





Xəbər lenti