«Yandex»in tərcümə servisinə Azərbaycan dili əlavə edilib

«Yandex»in tərcümə servisinə Azərbaycan dili əlavə edilib
  09 Sentyabr 2013    Oxunub:1790
"Yandex" şirkəti tərcümə servisinə 14 dil, o cümlədən Azərbaycan dilini əlavə edib.
Artıq "Yandex"in tərcümə servisində eston, latış, Azərbaycan, yunan, slovak, sloven, alban, katalon, Makedoniya, fin, macar, Norvec və digər dillər əlavə olunub. Beləliklə, "Yandex.Tərcümə" servisi 33 dildə tərcümə emal edə bilər və onlardan istənilən dilə və istənilən dildən bu dillərə tərcümə edə bilər.

Ekspertlərin sözlərinə əsasən, onlayn tərcüməçidə təkcə irland, island və gürcü dilləri yoxdur və bu dillər də yaxın gələcəkdə əlavə ediləcək. Xatırladaq ki, "Yandex.Tərcümə" – sözlərin, söz birləşmələrinin, bütöv mətnlərin, həmçinin veb-səhifələrin avtomatik tərcümə servisidir. Servis, "Yandex"də yaradılan maşın tərcüməsi texnologiyasını istifadə edir. Servis iki rejimdə işləyir: mətnin tərcüməsi və veb-səhifənin tərcüməsi.


Teqlər:





Xəbər lenti