Moskvada mer seçirlər

Moskvada mer seçirlər
  09 Sentyabr 2013    Oxunub:1160
Sergey Sobyanin 51,33% səslə rəqiblərini arxada qoyub
Moskvada keçirilən mer seçkilərində hazırda mer vəzifəsini icra edən Sergey Sobyanin 51,33%, müxalifətçi namizəd, məşhur blogger və biznesmen Aleksey Navalnı isə 27,27% səs toplayıb. Bu barədə Moskva Seçki Komissiyası açıqlama yayıb. Sonrakı yerlərdə kommunist İvan Melnikov, “Yabloko” lideri Sergey Mitroxin, Dövlət Dumasının deputatı Mixail Deqtyarov, “Ədalətli Rusiya” partiyasının rəhbəri Nikolay Leviçev qərarlaşıb. Seçkilərin ilkin nəticələrini qiymətləndirən Navalnının seçki qərargahı onları tanımaqdan imtina edib, namizədin özü isə seçkilərin nəticələrinin ləğv olunmasını tələb edib. Öz növbəsində Sergey Sobyanin yekun nəticədə qalib olacağına inandığını bəyan edib.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti