Azərbaycan Vaşinqtonda müzakirə ediləcək

Azərbaycan Vaşinqtonda müzakirə ediləcək
  01 Mart 2013    Oxunub:1952
Müzakirələr martın 13-də baş tutacaq
Vaşinqtonda Türk-Amerikan Birliyinin ənənəvi illik Konqresi keçiriləcək. Konqresdə Nümayəndələr Palatasında azlıqda olan demokratlar fraksiyasının rəhbəri Nensi Pelosi, Arkanzas, Nyu-York, Texas və Florida ştatlarından senator və konqresmenlər, ABŞ Dövlət Departamentinin nümayəndələri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, eləcə də Türkiyə və Mərkəzi Asiya Respublikalarının ABŞ-dakı səfirləri, ekspert və rəsmi şəxslər iştirak edəcək. Azərbaycanla bağlı məsələlərə dair müzakirələr martın 13-də «Energetika, ticarət münasibətləri və inkişaf» forumu çərçivəsində baş tutacaq.


Teqlər:





Xəbər lenti