Ermənilər Ağdamda qanunsuz qazıntı işləri aparır - FOTOLAR

Ermənilər Ağdamda qanunsuz qazıntı işləri aparır - FOTOLAR
  04 Avqust 2017    Oxunub:7606
Azərbaycanın işğal altında olan Ağdam şəhərində qanunsuz olaraq arxeoloji qazıntı işləri aparılır.AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, qazıntı işləri Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində başlayıb.
Qazıntı nəticəsində 2-3-cü əsrə aid olduğu ehtimal edilən dolça aşkar edilib. Onun Şahbulaq qalasından 300 il əvvələ aid olduğu bildirilir.



Qeyd olunub ki, qazıntıları “Xankəndi Dövlət Universiteti”nin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.



Hamlet Petrosyan bildirib ki, işğal altında olan Ağdərə ərazisi tarixi tapıntılarla zəngindir. O, qeyd edib ki, 3 il əvvəl bu ərazilərdə aparılan qazıntılar nəticəsində dəbdəbəli qəbirlər aşkarlanıb.





İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ermənistan   Qarabağ   Ağdam  





Xəbər lenti