İsa Qəmbər:`Lalə Şövkət bizi özünə layiq görmür`

İsa Qəmbər:`Lalə Şövkət bizi özünə layiq görmür`
  09 Sentyabr 2013    Oxunub:4243
İsa Qəmbər Lalə Şövkətin ona qarşı ittihamlarını və Milli Şuradan istefa verməsini cəfəngiyyat adlandırdı.
Müsavat Partiyasının başqanı İsa Qəmbər `Yeni Müsavat`a müsahibə verib.O, müsahibəsində Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin ona qarşı ittihamlarına və Milli Şuradan istefa verməsinə münasibətbildirərkən deyib ki, hər cəfəngiyyata münasibət bildirməyə ehtiyac görmür.

`Sadəcə olaraq Liberal Partiyanın rəhbərliyi görünür Milli Şuradan məsafələnmək fikrinə gəlib və bunun üçün bəhanə axtarmağa çalışırlar. Bu zaman onların gətirdiyi bəhanələr məni maraqlandırmır. Mənim ünvanıma deyilən böhtanlar, yalanlarsa birinci dəfə deyil, yeni bir yalan deyil, bunlar dəfələrlə deyilmiş yalanlardır. Ona görə də mən onlara cavab verməyə ehtiyac görmürəm. Sadəcə olaraq mövqelərini müəyyənləşdirdilər və bizimçün sirr deyildi ki, onların mövqeyi nədir. İndi isə onların mövqeləri bütün cəmiyyət üçün bir daha aydın şəkildə təqdim olundu. Bu qədər bəsit`.

Müsavat başqanı eyni zamanda Rüstəm İbrahimbəyovun ALP liderinin qərarına münasibət bildirərkən bizə dedi ki, istefa addımı xaric digər müəyyən məsələlərdə Lalə Şövkətin tərəfində olmasına məsləsinə də aydınlıq gətirib.
`Rüstəm müəllimin Lalə Şövkətin tərəfində olması ilə bağlı sözü Lalə Şövkətin o məlum bəyanatından əvvəl verilmişdi. Müəyyən prosedur məsələlər, mövqelər var ki, ola bilər Rüstəm müəllim o məsələlərdə Lalə xanımı müdafiə eləsin. Amma Lalə xanımın açıqlamasından sonra onun tərəfində olmaq mümkün olan bir məsələ deyil. Çünki Lalə Şövkət bəyanatında açıq şəkildə bildirib ki, o, bizlərlə bir yerdə olmağı özünə layiq saymır və Heydər Əliyevin komandasında təmsil olunması ilə fəxr edir. Yəni faktiki olaraq Lalə Şövkət öz tərəfini bəyan edib. O, öz tərəfini bəyan edəndən sonra demokratik düşərgədən kiminsə Lalə Şövkətin tərəfində olmasını söyləməsi, məncə, mümkün deyil`- deyə i.Qəmbər qeyd edib.


Teqlər:  





Xəbər lenti