Hesablama Palatası yoxlamalar aparıb

Hesablama Palatası yoxlamalar aparıb
  09 Sentyabr 2013    Oxunub:1702
Hesablama Palatası (HP) audit yoxlamaların nəticələrini Milli Məclisə təqdim edib.
Hesablama Palatasından AzVision.az-a verilən məlumata görə, HP-nın Kollegiya iclasında “Dövlət büdcəsinin Şirvan şəhəri üzrə yerli xərclərindən maliyyələşən Şirvan şəhəri Mərkəzi Rayon Xəstəxanasına və Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Bakı şəhəri üzrə Təhsil idarəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair”, “Dövlət büdcəsinin yerli xərclərindən Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair”, “Şirvan Regional Elektrik” MMC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrasına dair” Hesablama Palatası tərəfindən aparılan audit tədbirlərinin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə edilərək qəbul olunub və nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

İclasda həmçinin, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon Qovşagı tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair”, “Dövlət büdcəsindən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair”, “Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Ümumi dövlət xidmətləri” bölməsinin “Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması” köməkçi bölməsinin “Mərkəzi icra hakimiyyəti orqanları” paraqrafı üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin saxlanılmasına ayrılan vəsaitlərin
proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə dair”, “Dövlət büdcəsindən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə ayrılan vəsaitlərdən istifadəyə dair”, “Dövlət büdcəsindən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrasına dair” Audit proqramları da təsdiq edilib.

Eyni zamanda “Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşundan, “Ümumi Dövlət xidmətləri”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, və ətraf mühitin mühafizəsi” bölmələrindən ayrılan vəsaitlərin və xüsusi vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hacıqabul Suvarma Sistemləri İdarəsi və Pirsaat Qış Otlaqları Su Təminatı Sistemlərinin İstismarı İdarəsinə Dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə “Meliorasiya tədbirləri” paraqrafından ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair” və “Şabran rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və dövlət büdcəsinin ehtiyat fondlarından ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair” Palata tərəfindən aparılan audit tədbirlərinin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə edilərək qəbul olunub və nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

Şahanə RƏHİMLİ






Teqlər:





Xəbər lenti