Ermənistada polis saxta pulla tutulub

Ermənistada polis saxta pulla tutulub
  04 Avqust 2017    Oxunub:3843
Ermənistanda polis əməkdaşı saxta rus rublunu dəyişməyə cəhd edib.
AzVision.az "News.am"-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Xüsusi İstintaq Xidməti yayıb.

Qeyd olunub ki, Armavir şəhərinin polis bölməsinin əməkdaşı 2016-cı il dekabrın 24-də valyutadəyişmə məntəqələrindən birinə gələrək üəzrində olan 5 min rus rublunu dəyişmək istəyib.

Lakin məntəqənin əməkdaşı pulun saxta olduğunu bildirib və mübadilədən imtina edib. Baş verənlərlə bağlı ekspertiza təyin edilib. Ekspertiza nəticəsində əsginazların rəngli printer vasitəsilə hazırlandığı məlum olub.

Hazırda Xidmət tərəfindən faktı üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər: Ermənistan   Polis   Həbs  





Xəbər lenti