ANS-in əməkdaşı istefa verdi

ANS-in əməkdaşı istefa verdi
  09 Sentyabr 2013    Oxunub:1237
Aparıcı yeni iş təklifləri barədə düşünür
ANS televiziyasının idman xəbərləri departamentinin rəisi Amil Hacıyev ikinci dəfə ərizə yazaraq işdən çıxıb. AzVision.az-a bu barədə aparıcının özü məlumat verib. “Bir müddət öncə də işdən çıxmaq üçün ərizə yazmışdım. Lakin, kanalın rəhbərliyi işdən çıxmağımı istəmədi. Ona görə də, qalası oldum. Lakin, indi tam çıxdım. Artıq bir həftədir ki, evdəyəm”.

İşdən çıxmasının səbəbi ilə bağlı danışan A.Hacıyev bildirib ki, artıq ANS-dəki missiyası başa çatıb: “Sadəcə missiyam başa çatdı, artıq on ilə yaxın idi ki, orada işləyirdim. Hesab edirəm ki, bəsdir”.

Aparıcı hazırda evdə olduğunu, lakin yeni iş təklifləri barədə götür-qoy etdiyini qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Ayaz Nizamioğlu, Azadə Balayeva, Afət Telmanqızı da ANS-dən istefa vermişdilər.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti