Türkmənistan prezidenti Azərbaycana gəlir

Türkmənistan prezidenti Azərbaycana gəlir
  05 Avqust 2017    Oxunub:1872
Türkmənistan prezidenti Qurbanqulı Berdımuxamedov Azərbaycana rəsmi səfərə gələcək.

AzVision.az Türkmənistan mətbuatına istinadən xəbər verir ki, səfər avqustun 8-də baş tutacaq. Səfər iki gün davam edəcək.
Səfərin təşkili ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Kabinetinin iclasında müzakirə olunub.

Türkmənistan liderinin Azərbaycana səfəri çərçivəsində aparılan danışıqların yekunu olaraq geniş ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, 2007-2017-ci illər ərzində Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə dörd qarşılıqlı rəsmi səfər baş tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkmənistan   Berdımuxamedov  





Xəbər lenti