Kaliforniyada silahlı insident olub

Kaliforniyada silahlı insident olub
  05 Avqust 2017    Oxunub:1232
ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində naməlum şəxs parkda insanlara atəş açıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, insident zamanı bir nəfər ölüb.

Atəş açan şəxs polislərə müqavimət göstərib. O, polisin açdığı cavab atəşi nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Kaliforniya   Atışma  





Xəbər lenti