8 prezidenti İrana gətirən səbəb - Ruhani üçün tarixi gün

  05 Avqust 2017    Oxunub : 1507
8 prezidenti İrana gətirən səbəb - Ruhani üçün tarixi gün

Bu gün Tehranda İran prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimi keçiriləcək.

AzVision.az xəbər verir ki, mərasimdə Azərbaycanı Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik edəcəyi nümayəndə heyəti təmsil edir.

Məlumata əsasən Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistan Həsən Ruhaninin inauqurasiya mərasimində dövlət başçısı səviyyəsində təmsil olunacaq.

Ümumilikdə, mərasimdə 92 xarici ölkənin nümayəndə heyəti - 8 prezident, 19 parlament spikeri, 11 XİN rəhbəri, 35 prezidentin xüsusi elçisinin iştirak edəcəyi gözlənilir.

İranın yeni hökumətinə isə 1990-cı illərdə xarici işlər nazirinin müavini, İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi olan Mahmud Vazeinin rəhbərlik edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: İran   Ruhani