“Ermənilər mədəni ola bilməz”

“Ermənilər mədəni ola bilməz”
  01 Mart 2013    Oxunub:1435
“Ermənistan, əzabkeş erməni xalqının imicini yaratmaq cəhdini məhv etdi"
Özünü mədəni ölkə kimi təqdim etməyə çalışan Ermənistan 20-ci əsrin sonlarında Xocalı kimi cinayəti törətməklə bunun əksini sübut etdi. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
"Dinc insanları məhv edənlər mədəni adlandırıla bilməzlər. Nəticədə uzağı görməyən və dağıdıcı siyasət yürüdən Ermənistan, əzabkeş erməni xalqının imicini yaratmaq cəhdini məhv etdi", - deyə Abdullayev bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin cəhdləri öz xalqını aldatmaq strategiyasını seçdiyini göstərir ki, bu da nəticədə Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanmasına gətirib çıxarır.
"Ermənistanın rəhbərliyinə məxsus öz günahının başqasının üzərinə atmaq istəyi Dağlıq Qarabağ münaqişənin həllində hakimiyyətin qeyri-obyektiv mövqe tutduğunu göstərir", - XİN nümayəndəsi bildirib.
Azvision


Teqlər:





Xəbər lenti