Həsən Ruhani ikinci dəfə and içdi

Həsən Ruhani ikinci dəfə and içdi
  05 Avqust 2017    Oxunub:1595
Bu gün İranın 12-ci prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi keçirilib.
AzVision.az İran mətbuatına istinadən xəbər verir ki, arlament binasında keçirilən inauqurasiyada Ruhani “Qurani-Kərim”ə and içərək ölkəsinin əmin-amanlığı və qanunların aliliyinin qorunması üçün əlindən gələni edəcəyinə söz verib.

Mərasimdə 92 xarici ölkənin nümayəndə heyəti iştirak edib.

Azərbaycanı Ruhaninin andiçmə mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Allahşükür Paşazadə və Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qeyd edək ki, H.Ruhani may ayında İranda keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəlib.

AzVision.az


Teqlər: İran   Ruhani  





Xəbər lenti