Bir ölkənin faciəsi: 2 dəhşətli bomba və 72 il... (FOTOLAR)
Yerli vaxtla 08:15:01-də, atom bombasının Hiroşimaya atıldığı an faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Qeyd edək ki, Amerikanın B-29 “Superfortress” bombardmançı təyyarəsi düz 72 il əvvəl - 1945-ci il, avqustun 6-da “Balaca” adlandırılan atom bombasını Yaponiyanın Xirosima şəhərinə atıb. Üç gündən sonra isə şərti adı “Gonbul” olan ikinci bomba Naqasakini xarabalığa çevirib. Bu iki şəhərdə 250 min adam həlak olub, daha 450 min nəfər isə sonrakı illərdə şüa xəstəliyindən və yanıqdan ölüb.
AzVision.az