ABŞ və İngiltərə telefonları dinləyir
Almaniyanın gündəlik Der Spiegel qəzetinin yazdığına görə, MTA Britaniya ilə birgə kəşfiyyat xarakterli məlumat toplamaq üçün telefonları izləyib. Berlində minlərlə nümayişçi MTA-dan internet istifadəçilərini izləməyə son qoymağı tələb edib. Almaniya qəzeti telefonların kütləvi izlənilib-izlənilmədiyi barədə açıqlama verməyib. Kəşfiyyatçıların yalnız istifadəçilərin danışıqlarını dinləmək üçün telefonların kodlarını sındırdıqları məlumdur.
Qeyd edək ki, Der Spiegel qəzeti bu barədə informasiyanı hansı mənbədən aldığını bildirməyib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


