Bir ailənin 9 üzvü yanaraq ölüb

Bir ailənin 9 üzvü yanaraq ölüb
  07 Avqust 2017    Oxunub:1970
Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.
Bu barədə "RİA Novosti"-yə Başqırdıstan FHN-nin mətbuat katibi Yelena Mavlyutova bildirib.

“Hadisə Birsk rayonunda baş verib. Yanğın nəticəsində 5 həddi-buluğa çatmamış uşaq daxil olmaqla, bir ailənin 9 üzvü yanaraq ölüb” — deyə Mavlyutova qeyd edib.

Onun sözlərinə görə, hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Yanğının səbəbləri araşdırılır.

AzVision.az


Teqlər: Rusiya   Yanğın  





Xəbər lenti