Kaliforniyada erməni cinayətkar dəstəsi həbs edildi

Kaliforniyada erməni cinayətkar dəstəsi həbs edildi
  07 Avqust 2017    Oxunub:2165
Kaliforniya polisi aralarında ermənilərin olduğu narkotik ticarəti ilə məşğul olan 12 nəfərlik cinayətkar dəstəni həbs edib.

AzVision.az xəbər verir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb.
Məlumatda qeyd olunub ki, həbs edilən ermənilər Kaliforniyada cinayətkar qruplarla birgə milyonlarla dollar dəyərində kütləvi narkotik satışı həyata keçiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar fəaliyyətlə məşğul olan daha iki şübhəlinin axtarışındadır.

Araşdırmalara görə, Brbenkdə yaşayan 52 yaşlı Armen Simonyan və 66 yaşlı Qrişa Sayadyan bir neçə saxta tibb müəssisəsi açaraq qeyri-qanuni əməliyyatlar icra ediblər.

Qlendendə yaşayan və cinayətkar şəbəkənin daha bir üzvü 50 yaşlı Fred Minasyan isə hüquq-mühafizə orqanlarını müəssisənin qanuni şəkildə fəaliyyət göstərən obyekt olduğuna inandırıb. Qrupun cinayətkar fəaliyyətlərinə isə Ensino şəhərinin sakini, "Mazerati Mayk" kimi tanınan 36 yaşlı Minas Matosyan rəhbərlik edib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Kaliformiya   Erməni   Cinayətkar  





Xəbər lenti