Sabahdan ixtisas seçimi başlayır

Sabahdan ixtisas seçimi başlayır
  07 Avqust 2017    Oxunub:3911
Sabahdan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına boş qalan yerlərə ixtisas seçimi başlayır.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, ixtisas seçimi 8 – 14 avqust tarixlərində həyata keçiriləcək.

DİM-in nəşr etdiyi "Magistr" jurnalının 6-cı nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

Bakalavrların nəzərinə çatdırılıb ki, jurnalın bu nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilib. Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar. Bakalavrlar jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilər.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Magistratura  





Xəbər lenti