İran Qarabağ münaqişəsinin həlli üçün tərəfləri dialoqa çağırdı

İran Qarabağ münaqişəsinin həlli üçün tərəfləri dialoqa çağırdı
  07 Avqust 2017    Oxunub:1343
"İran Dağlıq Qarabağ münaqişəsi tərəflərini dialoq və danışıqlar yolu ilə getməyə çağırır"

AzVision.az "Armenpress" saytına istinadən xəbər verir ki, bunu Tehranda jurnalistklərlə həftəlik görüşü zamanı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi bildirib.
"Bizim şimalda iki qonşumuz var. Azərbaycan bizim üçün həqiqətən də vacibdir, biz həmin ölkə ilə yaxşı münasibətlərə malikik. Bizim Ermənistanla da dostluq və yaxın qonşuluq münasibətlərimiz var. Tərəflərin münaqişəyə baxışlarının müxtəlifliyi mövcuddur və zaman-zaman gərginlik artır. Biz ümid edirik ki, onlar regionda üzləşdikləri həmin problemləri aradan qaldıra bilərlər"- Bəhram Qasimi deyib.

İran rəsmisi Ermənistan və Azərbaycanın regionda sabitlik və təhlükəsizliyin təsdiqinə kömək edə biləcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitlik regiona daha geniş təsir edə bilər.

"Biz bu istiqamətlə regiondakı, xüsusilə bizim sərhəd sektorlarındakı inkişafları izləyirik. Biz sərhədlərimizi izləyirik və ziyanının sərhəd ərzilərin əhalisinə dəyməsinə icazə verməyəcəyik" -deyə Qasimi vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu problemdə hər zaman digər qüvvələrin müdaxiləsi narahatlıqlar yaradıb: "Biz iki ölkə ilə davamlı olaraq danışıqlar, fikir mübadiləsi aparırıq və ümid edirik ki, sonda diplomatik və dialoqlar digər yanaşma və metodlara qarşı üstünlük təşkil edəcək".

Şahin Qocayev
AzVision.az


Teqlər: İran   Qarabağ   Azərbaycan   Ermənistan  





Xəbər lenti