Abramoviç üçüncü arvadından ayrılır

Abramoviç üçüncü arvadından ayrılır
  08 Avqust 2017    Oxunub:1435
Rusiyalı milyarder, İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç xanımı Darya Jukovadan ayrılır.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə cütlük birgə bəyanat yayıb.

“On il birgə həyatdan sonra biz ayrılmaq barədə çətin qərar qəbul etdik. Amma biz əvvəlki kimi birgə layihələrdə yaxın dost, valideyn və partnyor olaraq qalırıq. Biz iki uşağımızı birgə tərbiyə etmək niyyətindəyik”,- bəyanatda bildirilib.

Qeyd edək ki, bu, Roman Abramoviçin üçüncü nikahı idi.

“Qaraj” Müasir İncəsənət Muzeyinin rəhbəri Darya Abramoviç ilə 2005-ci ildə Barselonada tanış olub. Jukova imkanlı ailədə doğulub, Londonda yaşayıb, bəzi şayiələrə görə tennisist Marat Safin ilə sevgili olub, lakin Abramoviçlə münasibətlər ona daha çox populyarlıq gətirib.

AzVision.az


Teqlər: Abramoviç  





Xəbər lenti