Böyük Quruluş Partiyası dəyirmi masa keçirəcək
Böyük Quruluş Partiyası (BQP) Bakının işğaldan azad olunmasının 95-ci ildönümü münasibətilə sentyabrın 14-də dəyirmi masa keçirəcək.
Bu barədə BQP başqanı, millət vəkili Fazil Mustafa məlumat verib.
Onun sözlərinə görə, dəyirmi masa formatında keçiriləcək tədbirdə tanınmış ictimai-siyasi xadimlərin və elm adamlarının iştirakı nəzərdə tutulur:
“Sentyabrın 15-də saat 12.00-da isə Şəhidlər Xiyabanında Türk əsgərinin məzarını ziyarət edəcəyik. Bu nə partiya, nə də şəxsi tədbir deyil. Hər kəs iştirak edə bilər”.
AzVision.az
Teqlər: