Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

  09 Sentyabr 2013    Oxunub : 518
Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 13 sentyabr 2013-cü il tarixində Zaqatala rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, AğsuQobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Zaqatala rayon, Əliabad kənd orta məktəbinin binasında, digər məsələlərlə bağlı vətəndaşların qəbulu isə Zaqatala şəhər Nizami Hüseynov adına 2 saylı orta məktəbin binasında (ünvan: Zaqatala şəhər, Heydər Əliyev prospekti 65) keçiriləcək.

Vətəndaşların qeydiyyatı 10 sentyabr 2013-cü il tarixində saat 10:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: 994 (12) 512-01-14

e-mail: [email protected]

Teqlər: