Azərbaycana gələcək AŞPA müşahidəçiləri - SİYAHI

Azərbaycana gələcək AŞPA müşahidəçiləri - SİYAHI
  10 Sentyabr 2013    Oxunub:1027
AŞPA-nın seçkiöncəsi Bakıya gələcək müşahidə missiyasının tərkibi məlum olub.

Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərindən öncəki vəziyyəti öyrənmək məqsədilə sentyabrın 11-13-də Bakıda səfərdə olacaq.

APA-nın Avropa müxbirinin məlumatına görə, 7 nəfərdən ibarət nümayəndə heyətinə britaniyalı parlamentar Robert Valter rəhbərlik edəcək. Nümayəndə heyəti ölkə prezidenti və prezidentliyə namizəd İlham Əliyevlə, Milli Məclisin sədri, daxili işlər naziri, prezidentliyə namizədlər, Milli Şurada cəmləşmiş müxalifət partiyalarının təmsilçiləri ilə görüşlər keçirəcəklər.

Bundan başqa, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Mərkəzi Seçki Komissiyasının sədri, qeyri-hökumət təşkilatları və mətbuat təmsilçiləri ilə də görüşlər nəzərdə tutulub. Missiyanın son günü mətbuata yazılı açıqlama veriləcəyi gözlənilir.

Müşahidə missiyasının tərkibi aşağıdakı kimidir:

Robert Valter (Birləşmiş Krallıq) - missiyanın rəhbəri

Marietta de Pourbaix-Lundin (İsveç)

Tadeusz İvinski (Polşa)

Jordi Xucla (İspaniya)

Dimitrios Papadimoulis (Yunanıstan)

Pedro Agramunt (İspaniya) və Josef Debono Qrex (Malta) - AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri.


Teqlər:





Xəbər lenti