Saakaşvili Litvada Rusiyaya etiraz edir - Yenilənib

Saakaşvili Litvada Rusiyaya etiraz edir - Yenilənib
  08 Avqust 2017    Oxunub:2359
Mixail Saakaşvilinin Polşadan Litvaya getdiyi məlum olub.

AzVision.az-ın "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, Saakaşvili Litvaya gəlib.
O, hazırda Rusiya səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında iştirak edir.

***

Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşlığı ləğv edilən Mixail Saakaşvili Polşanı tərk edib.

AzVision.az xəbər verir ki, bu barədə ZET radiostansiyası "Tvitter" səhifəsində məlumat yayıb.

Saakaşvilinin Polşadan hara getdiyi məlum deyil.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin keçmiş qubernatoru Mixael Saakaşvilinin vətəndaşlığını ləğv edib. Bundan sonra eks-prezident Amerikaya, oradan isə Polşaya getmişdi.

Xatırladaq ki, Gürcüstanın Ədliyə Nazirliyi Polşaya Saakaşvili ilə bağlı sorğu göndərib. Barəsində 4 maddə üzrə cinayət işi açılan Saakaşvilini vətənində azı 11 illik həbs cəzası gözləyir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Saakaşvili   Polşa  





Xəbər lenti