Saakaşvili Litva vətəndaşlığından imtina etdi

Saakaşvili Litva vətəndaşlığından imtina etdi
  08 Avqust 2017    Oxunub:1693
Xəbər verdiyimiz kimi, Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Polşadan Litvaya gedib.
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Vilnüsdə Rusiya səfirliyinin qarşısında keçirilən aksiyada iştirak edən sabiq prezident jurnaistlərin Litva vətəndaşlığını alması ilə bağlı suallarını cavablandırıb.

“Mən qanunsuz yolla əlimdən alınmış Ukrayna vətəndaşlığımı geri qaytarmalıyam. Ukraynalıların bir çoxu qəzəbllidirlər, mən mübarizə aparmasam, onlar özlərini aldadılmış hiss edəcklər”,-deyə Saakaşvili Litva vətəndaşlığı almaq niyyətində olmadığını bildirib.

Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib ki, Saakaşvili sərhədi keçməyə cəhd edərsə, pasportu müsadirə olunacaq və ölkəyə buraxılmayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Saakaşvili  





Xəbər lenti