Azərbaycanın qızılgüllər diyarı – Zaqataladan FOTOREPORTAJ

Azərbaycanın qızılgüllər diyarı – Zaqataladan FOTOREPORTAJ
  09 Avqust 2017    Oxunub:22295
Zaqatala rayonu Azərbaycanın şimali-qərbində, Bakıdan 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Zaqatala füsunkar təbiəti ilə yanaşı qızılgülləri ilə də məşhurdur.
Təsadüfi deyil ki, Zaqatala ölkəmizdə qızılgüllər diyarı kimi tanınır. Rayonda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür.

Qeyd edək ki, avqustun 3-də prezident İlham Əliyev Zaqatalaya səfəri zamanı “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Ölkə başçısına məlumat verilib ki, Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib.

Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur.

İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq.

AzVision.az-ın fotoqrafı Elvin Abdullanın Zaqataladan hazırladığı fotoreportajı təqdim edirik:





























Qalereya




Teqlər: Zaqatala  





Xəbər lenti