Məşhur film Kadırova görə qadağan olunacaq - VİDEO
Kadırov müraciətində bildirib ki, Çeçenistan Respublikasının ərazisində insanlar ölkənin çoxəsirlik tarixinə hörmətlə yanaşır, əcdadlarının yolunu davam etdirirlər.
“Biz gələcək nəsilə vətənimizin tarixinə hörmətlə yanaşmağı və əcdadlarımızın ənənələrini qorumağı öyrətməliyik. Filmdə insanların inancları, hissləri təhqir olunur. Rusiya xalqlarının tarixinə və inanclarına qarşı hörmətsizlik olunur”.
Nazirlik Kadırovun müraciətini nəzərə alacağını açıqlayıb.
Qeyd edək ki, “Matilda” filmi balerina Matilda Kseşinskinin Rusiyanın sonuncu imperatoru II Nikolayla olan sevgi münasibətlərinə həsr olunub.
Filmin premyerası oktyabrın 6-da Sankt-Peterburqda keçiriləcək.
Şahanə Rəhimli
AzVision.az