Prezidentlərin görüşü gözlənilirmi? - Nalbandyan açıqlama verdi

  09 Avqust 2017    Oxunub : 875
Prezidentlərin görüşü gözlənilirmi? - Nalbandyan açıqlama verdi

"Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün keçirilməsi ilə bağlı hələlik bir məlumat yoxdur"

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib.

O, sentyabr ayında Nyu-Yorkda xarici işlər nazirləri arasında görüşün keçiriləcəyinin məlum olduğunu vurğulayıb.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Nalbandyan