Gələcəyin çempionu xarabalıqda böyüyür - FOTO

Gələcəyin çempionu xarabalıqda böyüyür - FOTO
  09 Avqust 2017    Oxunub:2106
6 yaşlı suriyalı qız Nur Qeset karate üzrə dünya çempionu olmaq istəyir.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ona karateni valideyinləri öyrədib. Suriyada başlayan müharibədən sonra Nur Qeset idman zallarında məşq edə bilmir. 6 yaşlı qız xarabalıqlarda məşq etməyə məcburdur.

Nurun məşqçisi öz atasıdır. Onlar hər gün binaların xarabalıqlarında adi kilim üzərində məşq edirlər. Ata və qızı videoroliklər vasitəsi ilə döyüş qaydalarını öyrənirlər.

N. Qeset artıq tamaşaçlar qarşısında çıxışlar edir. İnsanlar onun bacarıqlarını gördükdə heyranlıqlarını gizlədə bilmirlər.





Şahanə Rəhimli
AzVision.az


Teqlər: Suriya  





Xəbər lenti