Sürücülərimizə radiodan xəbər var

Sürücülərimizə radiodan xəbər var
  10 Sentyabr 2013    Oxunub:963
Əsas yayıma isə oktyabr ayında start veriləcək
Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM ) 107.7 tezliyində «Auto FM» radiosu texniki yayıma başlayıb.

NİİM-dən AzVision.az-a verilən məlumata görə, «Auto FM» əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barəsində maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.

«Auto FM» radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaq.

Qeyd edək ki, radioya dair 6 illik lisenziyanın verilməsi barədə qərar Milli Televiziya və Radio Şurasının aprelin 2-də keçirilmiş iclasında qəbul edilib.


Teqlər:





Xəbər lenti