12 yaşında biznesə başlayan milyarder - FOTOLAR

12 yaşında biznesə başlayan milyarder - FOTOLAR
  10 Avqust 2017    Oxunub:15104
Son illər böyük nüfuz qazanan milyarder Elon Muskun keçmişdə gördüyü işlər dünya mətbuatının gündəmini zəbt edib. Tesla Motors və Space X şirkətlərinin sahibi olan, Silikon Vadisinin ən çox macəraya meyilli milyarderi hesab edilən Elon Musk nəqliyyat sənayesində gördüyü işlərlə inqilab edir.
Hazırda 16,6 milyard dollarlıq sərvəti ilə dünyanın ən zənginləri arasında yer alan E. Muskun bu pilləyə gəlməsi heç də asan olmayıb.

12 yaşında videooyun yaradaraq biznes dünyasına addım atan E. Musk keçmişdə bina qazanxanalarının birində təmizlik işləri ilə məşğul olub. 1989-cu ildə Musk gördüyü işin hər saatına 18 dollar maaş alırmış.

Bir müddət universitet yataqxanasında qalan E. Muskun oranı gecə klubuna çevirərək kirayə verdiyi də məlum olub.

E. Musku milyarderliyə aparan ən böyük addımı isə 1999-cu ildə qardaşı ilə qurduğu “Zip2” şirkəti olub. Üç il sonra şirkətini HP-yə 307 milyon dollara satan Musk buradan qazandığı pulların 2 milyon dollarını maliyyə xidmətləri göstərən “X.com” şirkətinə yatırıb. Bu şirkətin 2000-ci ilin əvvəlində “PayPal” ilə birləşməsi və sonra “PayPal”-ın “eBay” tərəfindən satın alınması nəticəsində Musk buradan da 180 milyon dollar qazanc əldə edib. Bununla da Musk dünyanın ən zəngin şəxslərindən birinə çevrilib.















Hafiz Əhmədov
AzVision.az


Teqlər: Milyarder   Elon-Musk  





Xəbər lenti