Etimad İsmayılovdan Eldəniz Quliyevə:`Həddini bil !`

Etimad İsmayılovdan Eldəniz Quliyevə:`Həddini bil !`
  10 Sentyabr 2013    Oxunub:2564
Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov faktxeber.com -a müsahibə verib. Sədr müavini müsahibəsində bir çox məqamlara toxunmaqla yanaşı Azərbaycan İslam Partiyası ilə Ədalət Partiyasının yaxınlığından, partiyaların qarşılıqlı inamından və əməkdaşlığından danışıb.
E.İsamyılov bildirib ki, bir çoxları bu yaxınlıqdan narahat olublar, bir çoxlarının məkirli planları pozulub, hər vəchlə bu kövrək münasibətlrə xələl gətirməyi düşünürlər.

`Bəziləri, ”El” hərəkatının yetkilisi Eldəniz Quliyev kimi hətta hədlərini keçiblər. Eldəniz Quliyev KİV-ə müsahibəsində İslam Partiyasının Ədalət Partiyasının namizədini dəstəkləməsini belə şərh edib: "Bu yol səhv yoldur. İslam Partiyasını apardıqları yol qətiyyən nə əxlaqa, nə mənəviyyata, nə dinimizə, nə müqəddəs Quranımıza uyğun olmayan bir yoldur”. Həm də İlyas İsmayılova huquq, dövlətçilik dərsi deməyə cəhd edib.

İlyas İsmayılovun bir cümləsi ağırlığında olmayan birinin ona və onun dəyərlərinə qiymət verməsi, Azərbaycan siyasətinin acı durumunun işarəsidir. Görün Azərbaycan siyasəti hansı durumdadır ki, Eldəniz Quliyev ölçü vahidi olmağa səy göstərir. İlyas İsmayılova və onun həyat fəlsəfəsinə qiymət vermək, ona dərs vermək ən sonuncu belə olma haqqı olmayan Eldəniz Quliyevə həddini bilməsini tövsiyyə edirəm. Bütün ömrünü halal yolla yaşayan, vəzifələrdə olanda sadə insanların qanunla müdafiə edən, millətin kasıb təbəqəsinin amma ağıllı, istedadlı insanlarının vəzifəyə gətirilməsində müstəsna rol oynayan, hər zaman mənəviyyatını, əxlaqını qoruyan bir kişinin fəaliyyətinə qiymət vermək Eldəniz Quliyev kimilərin haqqı deyil. Ömrünü ədalət anlayışı ilə yaşayan İlyas İsmayılov bu ölkədə barmaqla sayılacaq qədər az sayda işıqlı siyasətçilərdəndir`.

Partiyanın sədr müavini eyni zamanda Milli Şura üzvülərini xarici ölkələrin səfirliklərinə sığınmaqda, kimlərinsə oyuncağına çevrilib yalan məlumatlar, proqnozlar verməkdə ittiham edib.

`İslam Partiyası bəlkə əxlaqsız, mənəviyyatsız, Allahını tanımayanı dəstəkləyib?Nə imanmız, nə Yaradanımıza olan sonsuz eşqimiz, namus, qeyrət anlayışımız Eldəniz Quliyevin dərk edəcəyi məqam deyil.

İmandan danışan Eldəniz Quliyevin dəstəklədiyi Eldar Namazov, Rüstəm İbrahimbəyov bəlkə dərin iman sahibləridir, mücahiddilər? Bəlkə Amerika, İsrail, İngiltərə səfirliklərinin qapılarına ayaq döyən onlar deyil, bizlər idik? Bəlkə uzun müddət müxalif qüvvələrlə kimlərinsə maraqları naminə məzələnən bizlər olmuşuq? Tərəzinin bir gözünə Eldəniz Quliyev bütün ömrünü ehtiva edən fəaliyyətlərini, bir tərəfinə də İlyas İsmayılovun ömür yolunu qoysun, nə qədər komik durumda olduğunu görmək üçün bu fərqi özü hesablasın. Rəzil durumunu görmək onun üçün ağır olacaq.

Həqiqət nə qədər ağır olsa da, yalan xəyallardan daha xeyirlidir. Həqiqət də odur ki, bir çoxları İslam Partiyasının inkişafında maraqlı deyillər, bir kəsimin yox, geniş xalq kütləsinin sözçüsü kimi görmək istəmirlər, kimlərinsə maraqlarını əks etdirən durumda görmək arzusundadırlar. Eldəniz Quliyev və onu para müqabilində ortaya atan siyasi dələduzlar üçün İslam Partiyasının qərarının niyə bu qədər şok effekti yaratdığının səbəbləri bizə məlumdur. Allah vicdan və ədalət duyğusunu itirənləri Eldəniz Quliyevin simasında islah etsin, hidayət versin`.


Teqlər:  





Xəbər lenti