Tramp Putinə təşəkkür edib

Tramp Putinə təşəkkür edib
  11 Avqust 2017    Oxunub:1115
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə amerikalı diplomatların ölkədən çıxarılmasına görə təşəkkür edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tramp ilk növbədə Rusiyanın ölkə ərazisində amerikalı dilomatların sayının azaldılmasnı şərh edib. Bildirib ki, bu, əmək haqlarının verilməsində qənaət olunmasına kömək edəcək.

“Biz əmək haqqı xərclərini azaltmağa çalışırıq. Buna görə də Putinə təşəkkür edirəm ki, o insanların çoxunun getməsinə icazə verib”.

Tramp jurnalistlərə bildirib ki, onların Ruiyaya qayıtması üçün hansısa real səbəblər yoxdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Tramp   Putin  





Xəbər lenti