Sahib Alıyev: `Əgər zəlzələ Milli Şuranın iclası vaxtı olsaydı...`

  10 Sentyabr 2013    Oxunub : 380
Sahib Alıyev: `Əgər zəlzələ Milli Şuranın iclası vaxtı olsaydı...`
“Dünən Prezident İlham Əliyev MDB ölkələrinin Sərhəd Qoşunları komandanları ilə görüşərkən baş verən zəlzələ bir daha "ot kökü üstdə bitər" sözlərinin boşuna deyilmədiyini göstərdi. Generallar təşviş içində o yan-bu yana baxarkən Prezidentin soyuqqanlı davranışı və onları sakitləşdirməsi rəhmətlik Atasının kursantlar qarşısında çıxışı zamanı yaşananları yada saldı”.
Bu sözlər millət vəkili Sahib Alıyevin öz facebook statusunda paylaşdığı statusdandır. O yazır ki, kursantlar qarşısında çıxış edərkən yıxılan və bir neçə qabırğası sınan 80 yaşlı Heydər Əliyevin həkimlərin yalvarışlarına baxmayaraq yenidən kürsüyə dönərək çıxışını tamamlayıb oradakılara can sağlığı dilədikdən sonra sarayı tərk etməsi olanüstü bir iradə göstəricisi idi: “İlk dəfə görünürdü ki, təkcə instinkt insanı yox, sən demə insan da instinkti idarə edə bilərmiş. Cənab Prezidentin dünənki hərəkəti bir daha onun sözün hər anlamında Heydər Əliyevin Davamçısı olduğunu təsdiqlədi. Və bilmirəm niyə, birdən düşündüm ki, görəsən, Milli Şura deyilən qurumdakılar yığıncaq keçirən zaman belə bir zəlzələ olsaydı, özlərini necə aparardılar. Onların toplaşdıqları otaqda həmin an kimsə qalardımı? Çətin. Bəs qapıya doğru birinci kim qaçacaqdı, bunu cavablandırmaq elə də asan deyil. Amma onların içində həmin an ən kişicəsinə davranacaq adam, heç şübhəsiz ki, olsa-olsa Lalə Şövkət olacaqdı. Və orası da mümkündür ki, oradakılar öz yeni liderlərini basabasda ayaq alta qoyacaqdılar. Söhbət Cəmil Həsənlidən gedir...”

Teqlər: