Kiyevdə Müslüm Maqmayevin heykəli ucaldılacaq

Kiyevdə Müslüm Maqmayevin heykəli ucaldılacaq
  11 Avqust 2017    Oxunub:1489
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.
Azərbaycanın Ukraynadakı Səfirliyindən AzVision.az-a verilən məlumata görə, səfirliyin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin mərkəzi ərazisində, Seçovıx Strelçov küçəsində salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb. Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi bununla əlaqədar qərar çıxarıb.



Parkda Müslüm Maqomayevin 6 metrdən artıq hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanovdur.



Parkın açılışının oktyabrın sonlarında olacağı gözlənilir.

Kiyevdə bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələrək həyata keçirilir.



Aytən Zəhra
AzVision.az


Teqlər: AzərbaycanınUkraynadakıSəfirliyi   Kiyev  





Xəbər lenti