Yeni həmsədr: `Kerri məndən xahiş edib ki...`

Yeni həmsədr: `Kerri məndən xahiş edib ki...`
  10 Sentyabr 2013    Oxunub:721
“Mənim hazırda əsas məqsədim bütün tərəfləri dinləmək və onlardan məlumat almaqdır”.
AzVision.az xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uoriki jurnalistlərə açıqlamasında deyib.

Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazilərini tanıyırsınızmı sualına diplomat belə cavab verib:

“Mənim hazırda əsas məqsədim bütün tərəfləri dinləmək və onlardan məlumat almaqdır. Bu zaman əsas diqqəti keçmişə deyil, gələcəyə yönəltmək, gələcəyə baxmaq və burada münaqişənin praktik həllinə nail olmaqdır”.

Minsk qrupunun Dağlıq Qarabağla bağlı atacağı yeni addımlar barədə danışan C.Uorlikinin sözlərinə görə, bu həftə sonu Birləşmiş Ştatlara qayıdacaq:

“Bu zaman Vyanada dayanıb ATƏT-in baş katibi ilə görüşəcəyəm. Bundan başqa BMT-nin ümumi iclası çərçivəsində Nyu-Yorkda Minsk qrupunun həmsədrləri ilə görüşəcəyəm”.

Köhnə həmsədrlərdən fərli olaraq yeni təyin olunan ATƏT-in Minsk qrupunun həmsədri bildirib ki, onun məqsədi regionda davamlı sülhə nail olmaq üçün həmkarları ilə görüşməkdir:

“Bu münaqişə ilə davamlı məşğul olan ilk amerikalı həmsədr olacağam. Dövlət katibi cənab Kerri bu vəzifə səlahiyyətlərini icrasını planlamaq barədə məndən xahiş etmişdi. O, güclü şəkildə inanır ki, bölgədə sülhə və əmin-amanlığa nail olmaq üçün münaqişənin həll edilməsi vaxtı gəlib çatıb. Mən tərəfləri davamlı sülhə nail olmaq üçün realizm və praqmatizmə əsaslanaraq fəaliyyətini davam etdirmək niyyətindəyəm”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti