İran parlamentindəki Türk Bölgələr Fraksiyası ləğv edilib

  11 Avqust 2017    Oxunub : 543
İran parlamentindəki Türk Bölgələr Fraksiyası ləğv edilib

İran parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası "türk sözünün yaratdığı həssaslıqlar" səbəbilə buraxılıb.

Bu barədə Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqdar məlumat verib.

O bildirib ki, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət yeni fraksiya yaradılacaq: "Bilmirəm, "türkdillilər" sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar".

Qeyd edək ki, İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin oktyabrında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunmuşdu.(milli.az)

Teqlər: #Iran   #parlament