Dünyanın ən yaşlı kişisi vəfat edib

Dünyanın ən yaşlı kişisi vəfat edib
  12 Avqust 2017    Oxunub:1518
Dünyanın ən yaşlı kişisi İsrael Kristal 113 yaşında vəfat edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vaxtı ilə Holokost dəhşətlərini öz gözü ilə görən İsrael Kristal 1903-cü ildə sentyabrın 15-də Polşanın Jarnuva şəhərində anadan olub.

İkinci Dünya Müharibəsi zamanı ailəsi yəhudi düşərgəsində həlak olub.

İsraelin özü isə 42 yaşında konslagerdən xilas ola bilib.

O müharibədən sonra ikinci həyat yoldaşı ilə birlikdə İsraildə yaşayıb.

Şahanə Rəhimli
5e55237278a02ffd18e7aa7b345fc955__1440x_1502471231.jpg


Teqlər:





Xəbər lenti