Həmsədr Obamanın məktubundan danışdı

Həmsədr Obamanın məktubundan danışdı
  10 Sentyabr 2013    Oxunub:960
Minsk qrupunun həmsədri Obamanın İlham Əliyevə məktubundan danışıb

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın prezident İlham Əliyevə göndərdiyi məktuba münasibət bildirən həmsədr bu səfərdə əsas məqsədinin məktubdakı güzəştləri müəyyən etmək olduğunu qeyd edib.

Jurnalistlərin “ABŞ prezidenti Barak Obamanın prezident İlham Əliyevə göndərdiyi məktubda Qarabağ münaqişəsinin tezliklə həll olunmasınını arzulayır. Həm də kompromis yolu ilə. Kompromis deyiləndə nə nəzərdə tutulur” sualına həmsədr belə cavab verib:

“Öncə də qeyd etdiyim ki, bu səfərimdə əsas məqsəd bütün tərəfləri dinləmək və hazırki vəziyyəti öyrənməkdir ki, sözügüdən güzəştləri müəyyən edək”.

Həmsədrin sözlərinə görə, münaqişə artıq 20 ildir ki, davam edir. Bu münaqişənin həll olunmasını istəyən insanlar bu məsələ ilə bağlı çox çalışıblar. Ümidvaram ki, münaqişənin həlli vaxtı çatıb. Bütün tərəflər davamlı sülhə nail olmağın və münaqişənin nizamlanmasınin marağında olmasını anlayır”.
Sonda Bakı ilə bağlı təəssüratlarını bölüşən amerikalı həmsədr İçərişəhərlə tanış olduğunu bildirib.

“Çox gözəl və tarixi bir şəhəriniz var. Mən Bakıya yenidən səfərimi səbrsizliklə gözləyirəm. Səfərim ərzində də jurnalistlətlə daha sıx təmasda olacağam”.

Sevinc


Teqlər:





Xəbər lenti