Çində 700 insan ölümdən xilas edilib

  12 Avqust 2017    Oxunub : 483
Çində 700 insan ölümdən xilas edilib

Çinin Xunan əyalətinin Yueyan yaşayış məntəqəsinin 700-dən artıq sakini su bəndinin uçması səbəbindən evakuasiya edilib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, leysan yağışlarının səbəb olduğu torpaq sürüşməsi nəticəsində uçub.

Su bəndinin aşağısında yerləşən onlarla ev su altında qalıb. Operativ evakuasiya sayəsində ölən və yaralanan olmayıb.

AzVision.az

Teqlər: Çin   Leysan