2767 sürücü inzibati məsuliyyətə cəlb edilib

2767 sürücü inzibati məsuliyyətə cəlb edilib
  10 Sentyabr 2013    Oxunub:959
2013-cü ilin 8 ayı ərzində Bakıda 657 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 224 nəfər ölüb, 697 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən AzVision.az-a verilən məlumata görə, bu ilin 8 ayı ərzində Bakıda yol polisi əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində həm avtobus, həm də taksi sürücüləri arasında nizam-intizamın yaradılması məqsədilə 2767 sürücü inzibati məsuliyyətə cəlb edilərək barələrində protokol tərtib edilib.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı şəhəri ərazisində yol polisi tərəfindən keçirilmiş tədbirlər zamanı 8 ay ərzində yol hərəkəti qaydalarının pozulmasına görə ümumilikdə 522840 inzibati protokol tərtib edilib.

Bunlardan 2149-u avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, 3034-ü qəza şəraitinin yaradılması, 1481-i polisin əmrinə tabe olmama, 9436-sə işıqforun qırmızı işığında hərəkət edilməsi, 92-i dəmiryolla kəsişən yolda yol hərəkəti qaydalarının pozulması, 8894-ü sürət həddinin aşılması, 1508-i avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi, 172-si xüsusi təyinatlı avtomobillərin (polis, yanğınsöndürən, təcili tibbi yardım və s. ) hərəkəti zamanı sirenə yol verilməməsi, 2905-i ötmə-manevretmə qaydalarının pozulması, 36881-i yolayrıcını keçmə qaydalarının pozulması, 200-ü avtoxuliqanlıq, 3551-i isə avtomobilin sürücülük vəsiqəsi olmadan idarə edilməsi ilə bağlı olub. Bundan əlavə, əhali arasında qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxilolmaya görə 28759 prokotol tərtib edilib ki, bu da ümumi hadisələrin 17 faizini təşkil edir.

Yol hərəkəti qaydalarını pozduqlarına görə 92079 piyada inzibati məsuliyyətə cəlb edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti