Pakistandakı partlayışda 15 nəfər ölüb

Pakistandakı partlayışda 15 nəfər ölüb
  13 Avqust 2017    Oxunub:1025
Pakistanda baş verən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
"RİA Novosti"nin məlumatına görə, Kvetta şəhərində baş verən partlayışda 30-dan çox insan yaralanıb.

Bəlucistan əyalətinin daxili işlər naziri Sarfaraz Buqti bildirib ki, həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları və mülki şəxslər də var.

Partlayışdan sonra şəhərdə fövqəladə vəziyyət elan edilib.

Dəhşətli partlayışın səbəbi hələlik məlum deyil.

AzVision.az


Teqlər: Pakistan   Partlayış  





Xəbər lenti