Britaniya Avropa İttifaqını iki ildən son tərk edəcək

  13 Avqust 2017    Oxunub : 954
Britaniya Avropa İttifaqını iki ildən son tərk edəcək

Böyük Britaniya Avropa İttifaqından (Aİ) 2019-cu ilin martında çıxacaq. Həmin vaxt Birləşmiş Krallıq, həmçinin Aİ-nin ümumi bazarını və Gömrük İttifaqını tərk edəcək.

Bu barədə Britaniyanın maliyyə naziri Filip Hammondun və xarici ticarət naziri Liam Foksun “Teleqraf” qəzetində dərc olunmuş birgə məqaləsində məlumat verilir.

Nazirlər məqalədə bildirirlər ki, Britaniyanın Aİ-dən çıxması üçün keçid dövrü lazımdır. Bu keçid müddətində “Brexit”lə bağlı planlara yenidən baxılmayacaq. Bundan başqa, Britaniya Aİ müqavilələrində tərəf hesab olunmayacaq. (AzərTAc)

AzVision.az

Teqlər: Britaniya